Futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində iyunun 12-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək Uels və İsveçrə yığmalarının start heyətləri açıqlanıb.
LEQAL.AZ xəbər verir ki, Uels yığmasının start heyətində Danni Uord, Kris Mefam, Ben Deyvis, Co Rodon, Konnor Roberts, Aaron Remsi, Co Allen, Co Morrel, Qaret Beyl (k), Kieffer Mur və Daniel Ceyms yer alıblar.
İsveçrə seçməsinin heyətində isə meydana Yan Sommer, Rikardo Rodrigez, Manuel Akanci, Fabian Şer, Niko Elvedi, Kevin Mbabu, Remo Freuler, Qranit Caka (k), Xerdan Şaqiri, Haris Seferoviç və Breel Embolo çıxacaqlar.
Saat 17:00-da başlayacaq qarşılaşmanı fransalı referi Klement Turpin idarə edəcək.
A qrupunun birinci oyununda İtaliya millisi Türkiyə seçməsinə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində keçiriləcək Türkiyə - Uels (16 iyun) və İsveçrə - Türkiyə (20 iyun) oyunlarına ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması keçiriləcək.