Teymur Rəcəbov 1/4 finalda!

Teymur Rəcəbov 1/4 finalda!
  • İdman

  • Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün 1/4 final mərhələsinə start veriləcək.

    LEQAL.AZ-ın məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da ilk görüşlərini keçirəcək. 34 yaşlı qrossmeyster niderlandlı Aniş Giri ilə qarşılaşacaq. Rəcəbov duelə qara fiqurlarla başlayacaq.

    Oyunlar 26 - 27 mayda keçiriləcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

    1/4 finalda qarşılaşacaqlar

    Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)
    Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan)
    Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Çin)
    Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ)

    Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

    28 - 29 mayda yarımfinal, 30 - 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur./report

    PAYLAŞ:

    Oxşar xəbərlər