Güləşçimiz Zaur Əliyev U-23 Avropa çempionatının finalna vəsiqə qazanıb

Güləşçimiz Zaur Əliyev U-23 Avropa çempionatının finalna vəsiqə qazanıb
  • İdman

  • Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

    LEQAL.AZ xəbər verir ki, beşinci yarış günündə - mayın 21-də 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

    Mübarizəyə dörddəbir finaldan qoşulan Zaur Əliyev (55 kq) Rumıniyadan olan rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Rusiya pəhləvanı ilə gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Z.Əliyev adını finala yazdırıb. Qızıl medal uğrunda görüşdə idmançımız Adem Burak Uzun (Türkiyə) ilə qarşılaşacaq.

    Digər güləşçimiz Zaur Nuriyev (63 kq) debütdə Rumıniya idmançısına məğlub olub.

    Turnirdə 87 kiloqram çəki dərəcəsində çıxış edən Laçın Vəliyev ilk mərhələdə Polşadan olan rəqibini üstələyib. Ancaq daha sonra Rusiya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz mayın 22-də təsəlliverici görüşə çıxacaq.

    Sərxan Məmmədov (130 kq) ilk görüşdə Serbiya idmançısına minimal hesabla qalib gəlib. Ancaq daha sonra İsveçrə təmsilçisi ilə bacarmayıb.

    Bu çəkilərdə təsəlliverici və medal görüşləri mayın 22-də keçiriləcək.

    Qeyd edək ki, Avropa çempionatında yarışan sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər