Karate üzrə növbəti Premyer Liqa turniri Portuqliyanın Lissabon şəhərində keçiriləcək.
LEQAL.AZ xəbər verir ki, aprelin 30-dan mayın 2-dək keçiriləcək yarışda Azərbaycan karateçiləri də mübarizə aparacaqlar. Yığmamız İstanbulda keçirilmiş Karate 1 Premyer Liqa turnirindən Bakıya döndükdən sonra yarışa hazırlaşacaq.
Qeyd edək ki, turnirin əvvəlcə fevralın 19-21-də təşkili planlaşdırılsa da, sonradan təxirə salınıb. Yarış Olimpiya reytinq cədvəlinə xallar qazandıracaq.