Martın 14-də İstanbulda Azərbaycan komandasının da qatıldığı Karate 1 Premyer Liqa turnirinin son görüşləri keçirilir.
Azərbaycan Milli Karate Federasiyanın mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, karateçilərimizdən Roman Heydərov (kata) fərdi yarışlarda bürünc medal uğrunda qarşılaşmada məğlub olub.
Bugünkü yarışlarda, həmçinin Firdovsi Fərzəliyev (60 kq) finalda gücünü sınayacaq. Kişilərin fərdi yarışlarında Asiman Qurbanlı (+84) isə üçüncü yer uğrunda mübarizə aparacaq. Kata komandamız da bürünc medal yarışına qatılacaq.
Turnirdə ölkəmizi 21 idmançı təmsil edir.