Azərbaycanın daha bir təmsilçisi Karate 1 Premyer Liqa turnirində bürünc medal uğrunda yarışacaq

Azərbaycanın daha bir təmsilçisi Karate 1 Premyer Liqa turnirində bürünc medal uğrunda yarışacaq
  • İdman

  • Martın 13-də İstanbulda Azərbaycan komandasının da qatıldığı Karate 1 Premyer Liqa turnirinin ikinci gününün yarışları keçirilir.

    Azərbaycan Milli Karate Federasiyanın mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, karateçilərimizdən Roman Heydərov (kata) fərdi yarışlarda bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

    Bugünkü yarışlarda, həmçinin qadın karateçilərimiz İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq), kişilərdən isə Turqut Həsənov, Pənah Abdullayev, Ayxan Mamayev (84 kq), Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq) güclərini sınayırlar.

    Turnirdə ölkəmizi 21 idmançı təmsil edir.

    Qeyd edək ki, turnirin birinci günündə Firdovsi Fərzəliyev (60 kq) bütün rəqiblərini məğlub edərək adını finala yazdırıb. Kata komandamız isə bürünc medal uğrunda mübarizə aparmaq hüququ əldə edib. Medallar uğrunda qarşılaşmalar martın 14-də baş tutacaq.

    Turnirdə 75 ölkədən 865 karateçi iştirak edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər