Martın 14-ü "Azərbaycan İdman Könüllüləri" ictimai birliyinin təşkilatçılığı ilə "Public speaking" adlı onlayn seminar keçirildi.
"Azərbaycan İdman Könüllüləri" ictimai birliyindən LEQAL.AZ-a bildirilib ki, 100 nəfərdən çox könüllü və rayon nümayəndəsinin iştirak etdiyi görüşün qonağı bloger, natiqlik, ünsiyyət texnikaları, liderlik üzrə təlimçi Zaur Cahangirov oldu.
Görüşdə təlimçi könüllülərlə birlikdə "Çıxış zamanı əsas göstəricilər hansıdır?", "Keyfiyyətli nitq nədir?", "Onlayn çıxışın tələbləri" haqqında müzakirə apardı.
Zaur Cahangirov nitq zamanı insanların çıxışına çox zaman mane olan həyacan haqqında danışdı və bu zaman həyəcanlanmağımıza səbəb olan neqativ hadisələri təhlil etdi.
Sonda Zaur Cahangirov iştirakçıların suallarını cavablandırdı.