Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo öz “Instagram” səhifəsində COVİD-19-dan həyatını itirən anası - Miqelina Eloi Dos Santos barədə təsirli paylaşım edib.
“Ailəm və mən bu çətin dövrdə sizdən aldığımız sevgi və dəstəyə görə hamınıza təşəkkür edirəm. Anam onu tanıyan hər kəs üçün güc və sevinc mənbəyi idi. Həyatımızda onun işığından istifadə etməyə davam edəcəyik. Bizə verdiyi güc sayəsində həyatımıza davam edəcəyik. Təşəkkür edirəm”, - Braziliya yığmasının 40 yaşlı keçmiş futbolçusu sosial şəbəkə hesabında yazıb.