Ronaldu sosial şəbəkə izləyicilərinin sayı 500 milyonu ötən ilk şəxdir - FOTO

Ronaldu sosial şəbəkə izləyicilərinin sayı 500 milyonu ötən ilk şəxdir - FOTO
  • İdman

  • Ulduz futbolçu Kriştianu Ronaldunun sosial şəbəkə izləyicilərinin sayı rekord həddə çatıb. Hazırda onun toplam 500 milyon nəfərdən çox izləyicisi var.

    Bu barədə “Bleacher Report” məlumat yayıb. Resursun “Twitter” səhifəsində müvafiq paylaşım edilib.
    Portuqaliyalı ulduzun pərəstişkarları onu daha çox “Instagram” üzərindən izləməyə üstünlük verirlər. Belə ki, Kriştianonun şəbəkədəki rəsmi səhifəsinin 261 milyon abunəçisi var.

    Bununla yanaşı, futbolçu “Facebook”da 148, “Twitter”də isə 91 milyon izləyiciyə sahibdir.

    Qeyd edək ki, 36 yaşlı hücumçu sosial şəbəkə izləyicilərinin sayı yarım milyardı ötən ilk şəxsdir.

    Cristiano Ronaldo has now passed 500 million followers across his Instagram, Facebook and Twitter accounts 📱

    He’s the first person to reach that mark on social media 💯 pic.twitter.com/2qC4Jgl1jQ

    — B/R Football (@brfootball) February 12, 2021
    PAYLAŞ:

    Oxşar xəbərlər