UEFA Gənclər Liqası: “Qəbələ” Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq

UEFA Gənclər Liqası: “Qəbələ” Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq
  • İdman

  • UEFA Gənclər Liqasında 2020/2021-ci il mövsümünün ilk püşkatması keçirilib.

    LEQAL.AZ xəbər verir ki, tədbirdə 1/32 final cütləri müəyyənləşib. Çempionlar yolunda mübarizə aparan “Qəbələ”nin rəqibi də bəlli olub. On doqquz yaşadək futbolçulardan ibarət komandamız bu mərhələdə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

    Bir oyundan ibarət mərhələnin görüşləri martın 2-3-də baş tutacaq. “Qırmızı-qaralar” 1/16 finala vəsiqə uğrunda matçı səfərdə keçirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər