Azərbaycanın iki şahmatçısı “Sarja” kuboku uğrunda turnirin finalında mübarizə aparacaq

Azərbaycanın iki şahmatçısı “Sarja” kuboku uğrunda turnirin finalında mübarizə aparacaq
  • İdman

  • Azərbaycanın iki qadın şahmatçısı “Lichess.org” platforması vasitəsilə keçirilən “Sarja” kuboku uğrunda blits üzrə seçmə yarışda uğurla çıxış edərək finala vəsiqə qazanıb.

    LEQAL.AZ xəbər verir ki, Gülnar Məmmədova 13 turdan 9,5 xal toplayaraq 20-ci sırada qərarlaşıb. Onunla eyni xalı toplayan Ülviyyə Fətəliyeva isə əlavə göstəricilərə görə 22-ci yeri tutub.

    Qeyd edək ki, finalda 483 şahmatçı arasından seçilmiş ən güclü 25 oyunçu ilə yanaşı, 10 namizəd şahmatçı da mübarizə aparacaq. Rapid üzrə İsveçrə sistemi ilə keçiriləcək həlledici mərhələ 9 turdan ibarət olacaq. Bu gün şahmatçılar 5, sabah isə 4 oyun keçirəcəklər. Ümumi nəticədə ilk səkkizliyə düşən idmançılar mükafatlandırılacaqlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər