Türk ordusu hərəkətə keçdi: Bölgədə əməliyyat başladı

Türk ordusu hərəkətə keçdi: Bölgədə əməliyyat başladı
  • İdman / Dünya

  • Bəşər Əsəd rejiminin son günlər İdlib ətrafını ağır silahlar və hərbçilərlə gücləndirməsinə qarşı Türk Silahlı Qüvvələri (TSK) hərəkətə keçib.

    LEQAL.AZ xəbər verir ki, TSK-nın hərbi konvoyu İdlib-Əl-Bab yolunda hücuma məruz qalıb.

    Yerli mənbələrin məlumatına görə, yanvarın 3-ü axşam saatlarında kimliyi bilinməyən terrorçu qruplar tərəfindən həyata keçirilən hücum zamanı itki olmayıb.

    Bölgədəki qaynaqlar hücumdan sonra TSK tərəfindən əhatəli əməliyyata başlanıldığı bildirilib.

    Həmçinin rejimlə müxalif qrupları ayıran cəbhə xəttinə son bir həftə ərzində TSK tərəfindən silah-sursat göndərilib. Xüsusilə, cəbhə xəttində çox sayda zirehli texnika, tank, radarlar yerləşdirilib.teleqraf.com

    Bəşər Əsəd rejiminin mümkün hücumunun qarşısını almaq məqsədilə bölgədə yeni dayaq məntəqələri qurulub, mövqelər möhkəmləndirilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər