Boks Assosiasiyası beş yeni komitə yaradıb

Boks Assosiasiyası beş yeni komitə yaradıb
  • İdman

  • Beynəlxalq Boks Assosiasiyası (AİBA) beş yeni komitə yaratdığını açıqlayıb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə AİBA-nın mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, yeni yaradılan mütəxəssislər komitəsi ixtisaslı məşqçilər heyətinin və idmançıların hazırlanmasını, qadınlar komitəsi boks dünyasında gender bərabərliyini, tibbi və antidopinq komitəsi isə antidopinq tələblərinə riayət edilməsini təmin edəcək.

    Çempionlar və veteranlar komitəsi dünya ictimaiyyətinin hörmət etdiyi, əhəmiyyətli idman nəticələri qazanan və təcrübələrini bölüşməyə hazır olan çempionlar və veteranları əhatə edəcək. Tədbirlərin keçirilməsinə və onların beynəlxalq tələblərə cavab verməsinə nəzarəti isə yarışlar komitəsi həyata keçirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər