Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib

Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib
  • İdman

  • FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

    LEQAL.AZ AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası beş pillə irəliləyib. Millimiz 1180 xalla 109-cu pillədə qərarlaşıb. İrəliləyişə səbəb yığmamızın yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının sonuncu matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

    Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. Fransa (1755) ikinci, Braziliya (1743) isə üçüncü pillədə yer alıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər