Paris-2024: Azərbaycanın kişi badmintonçusu qələbə qazanıb

Paris-2024: Azərbaycanın kişi badmintonçusu qələbə qazanıb
  • İdman

  • Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

    "Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, idmançımız E qrupunun ilk matçında avstriyalı Kollins Filimonla qarşılaşıb.

    Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 2:0, (21:18, 21:11).

    Qeyd edək ki, E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər