“Qarabağ” qapısında 4 qol görsə də, yarımfinala yüksəldi

“Qarabağ” qapısında 4 qol görsə də, yarımfinala yüksəldi
  • İdman

  • Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçları keçirilib.

    “Qafqazinfo” xəbər verir ki, günün sonuncu qarşılaşmasında cütün taleyi demək olar ki, bəlli idi.

    Səfərdə “Sabah”a 7:1 hesabı ilə qalib gəlmiş “Qarabağ” üçün cavab oyunu formal xarakter daşıyırdı. Bu oyun da məhsuldar keçib. Ağdam klubu 3:4 hesablı məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə yüksəlib.

    Qeyd edək ki, yarımfinalın digər cütündə “Neftçi” “Sumqayıt”ı, “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Səbail”ə bu gün 3:0 hesabıyla qalib gəlmiş “Zirə” artıq yarımfinala vəsiqəni təmin edib (ilk oyun 2:1).

    Azərbaycan kuboku
    1/4 finalın cavab oyunları
    8 fevral

    “Qarabağ” – “Sabah” 3:4
    Qollar: Hamidu Keyta, 30. Adama Diakabi, 61. Maruan Hadudi, 74-öz qapısına – Kristian da Silva, 5. Jarl Marqarita, 27. İshak Belfodil, 58; 69-pen.
    Qırmızı vərəqə: Riçard Almeyda, 76.
    PAYLAŞ:

    Oxşar xəbərlər