Bu gün Cəlilabad rayon sakini Sevil Cabbar qızı İbayeva qızılca xəstəliyindən vəfat edib.
Leqal.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin səhifəsində də məlumat yayılıb.
Bildirilib ki, mərhum universitetin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi olub.