AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb.
LEQAL.AZ AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Paris Sen-Jermen” (Fransa) – “Leypsiq” (Almaniya) oyununun hakim-inspektoru olacaq.
Oyun noyabrın 24-də Parisdə baş tutacaq.