Messi MLS-də ilk oyununa çıxıb

Messi MLS-də ilk oyununa çıxıb
  • İdman

  • ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messinin MLS-də debüt edib.

    Futbolçu oyunun 60-cı dəqiqəsində meydana çıxıb.

    "İnter Mayami"də səkkiz oyundan sonra Messi on qol vurub və üç məhsuldar ötürmə edib. Avqustun 20-də argentinalı ilk Amerika kubokunu qazanıb. “İnter Mayami” turnirin həlledici oyununda “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun sahibi olub.

    “İnter Mayami” ABŞ Açıq Kubokunun finalında “Hyuston”la da oynayacaq.

    Messi 7 qat "Qızıl top"un qalibi, Argentina millisinin heyətində dünya çempionu, 10 qat İspaniya çempionu, 2 qat Fransa çempionu, 4 dəfə Çempionlar Liqasının qalibidir./report
    PAYLAŞ:

    Oxşar xəbərlər