Müstəqil Balayev “Kobra” ləqəbli Pərviz Abdullayevin barelyefini hazırlayıb

Müstəqil Balayev “Kobra” ləqəbli Pərviz Abdullayevin barelyefini hazırlayıb
  • İdman / Maraqlı

  • Azərbaycanlı rəssam, Müstəqil Balayev Kikboksinqdə öz sözünü demiş və deməkdə davam edən idmançılardan biri Pərviz Abdullayevin barelyefini hazırlayıb.

    Ölkəmizdə günü-gündən inkişaf edən idman növlərindən biri də kikboksinqdir. Bu idman növündə idmançılarımız çıxış etdiyi yarışlardan vətənə daima medallarla dönürlər. Respublikamızın idman şərəfini beynəlxalq arenalarda layiqincə qoruyan kikboksinqçilərimizdəndir Pərviz Abdullayev.

    Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub.

    12 yaşında 1997-ci ildən Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub.

    Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.

    Pərviz Abdullayev “Glory”, “Kunlun Fight”, “ACB” kimi promotionlarda döyüşüb.

    2010-cu ildə Pərviz Abdullayev ilin ən yaxşı 10 idmançısından biri seçilib.

    2011-ci ildə idman sahəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mənzillə mükafatlandırılıb. Pərviz Abdullayevin 2011-ci ildən “Kobra” kikboksinq klubu fəaliyyət göstərir.

    2013-cü ildən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin əməkdaşıdır. Qəbələ İdman Klubunu təmsil edir. Ailəlidir, 2 oğlan övladı var. Oğlu Yusif Abdullayev kiçik yaşlı olmasına baxmayaraq, boksla məşğuldur.

    Pərviz Abdullayev bir sıra filmlərdə və sosial xarakterli reklam çarxlarında özünü aktyor kimi də sınayıb.

    2020-ci ildə "Survivor Türkiyə 2020"-ə qatılmış, lakin yarışmaya vida etmişdir.

    Daha sonra Survivor All Star 2022-ə qatılmış,4 ay sonra, ayağındakı zərbədən sonra düzəlmək vaxt alacağı üçün Survivora həkim diaqnozu və sakatlığı ilə vida etmişdir.

    Müstəqil Balayev məşhur azərbaycanlı rəssam İlqar Balayevin oğludur. O, 2017-2021-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

    Qeyd edək ki, Müstəqil Balayev Vətən müharibəsi mövzusunda bir sıra əsərlərin müəllifidir. O, Vətən müharibəsində şəhid olmuş yeganə qadın qəhrəmanımız Arəstə Baxışovanın büstünü ucaltmışdır. 


    Müəllif: LEQAL.AZ 



    PAYLAŞ:

    Oxşar xəbərlər