“Boccia” idman növü üzrə “2022 Veldhoven Dünya Çempionatı”

“Boccia” idman növü üzrə “2022 Veldhoven Dünya Çempionatı”
  • İdman

  • 31 iyul – 7 avqust tarixlərində Hollandiyanın Veldhoven şəhərində “Boccia” idman növü üzrə keçirilən Dünya Çempionatında Azərbaycan Respublikasının Boccia İdman Federasiyasının atetləri, məşqçi və assistantlarından ibarət 12 nəfərlik heyəti iştirak edir. Çempionat individual, cütlük və komanda olmaqla 4 kateqoriyada keçiriləcək.

    Baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında  ölkəmizi təmsil edən  milli komandanın idmançılarından BC2 kateqoriyası üzrə 2 oğlan, 1 qız və BC4 kateqoriyası üzrə 3 oğlan, 1 qız yarışda iştirak edəcəkdir.

    Yarışın adı: 2022 Veldhoven World Boccia Challenger
    Keçirildiyi yer: Hollandiyanın Veldhoven şəhəri

    Tarix: 31 iyul – 8 avqust 2022-ci il

    İştirak edir: 26 ölkə

    Azərbaycandan yarışa qatılanlar:
    7 atlet:

    Xəyal İslamov – BC4

    Bəhruz Mirzəyev – BC4

    Sona Ağayeva – BC2

    Nərmin Ağayeva – BC4

    Zaur Veysəlov – BC4

    Orxan Kərimov – BC2

    Fuad Qəribov – BC2

    5 müşahidəçi:

    İlham Məhərrəmov – baş məşqçi

    Elşən Məhərrəmov – məşqçi

    Nicat Ağayev – assistant

    Rafiq Nəcəfov – assistant

    Ruhin Cəfərov – komanda rəhbəri

    Qazanılan medallar:

    Xəyal İslamov – Qızıl Medal! (BC-4 kateqoriyalı bəylər üzrə)

    Bəhruz Mirzəyev – Bürünc Medal! (BC-4 kateqoriyalı bəylər üzrə)

    Sona Ağayeva – Bürünc Medal! (BC-2 kateqoriyalı xanımlar üzrə)

    Nərmin Ağayeva – Bürünc Medal! (BC-4 kateqoriyalı xanımlar üzrə)




    PAYLAŞ:

    Oxşar xəbərlər