"Prezident kuboku-2022": Azərbaycan ilk gündə 25 medal qazanıb

"Prezident kuboku-2022": Azərbaycan ilk gündə 25 medal qazanıb
  • İdman

  • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Prezident kuboku-2022" reqatasının birinci gününə yekun vurulub.

    Apasport.az saytının məlumatına görə, Suqovuşan qəsəbəsində təşkil olunan kayak və kanoe üzrə yarışlarda Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı mübarizə aparıb.

    Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb.

    Reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.


    "Leqal.az" 


    PAYLAŞ:

    Oxşar xəbərlər