Niderland kubokunda final oyunu keçirilib.
“Leqal.az” xəbər verir ki, həlledici oyunda PSV və “Ayaks” klubları qarşılaşıb.
Görüş Eyndhoven təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da PSV tarixində 10-cu dəfə kubokun sahibi olub. “Ayaks” isə bu titulu 20 dəfə qazanıb.
Niderland kuboku
PSV - “Ayaks” - 2:1
Qollar: Qravenberx, 23 (0:1), Qutyeres, 48 (1:1), Qakpo, 50 (2:1) /qafqazinfo/