Millimiz Maltaya qarşı - Oyun başlayıb

Millimiz Maltaya qarşı - Oyun başlayıb
  • İdman

  • Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.

    "Leqal.az" xəbər verir ki, millimiz səfərdə Malta yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu, Azərbaycan yığmasının 2022-ci ildə ilk matçı olacaq.

    Azərbaycan millisində Namik Ələskərov zədə səbəbindən oynamayacaq.

    Qeyd edək ki, komandalar bu günədək 8 dəfə qarşılaşıb. Azərbaycan yığması 3 dəfə Maltaya məğlub olub, 2 dəfə qalib gəlib, 3 oyun heç-heçə yekunlaşıb.

    ***

    Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

    Malta: 1. Anri Bonello, 3. Rayan Kamenzuli, 4. Stiv Borq, 5. Andrey Acius (k), 6. Mettyu Giyomye, 7. Cozef Mbonq, 8. Brandon Payber, 14. Aleksander Satariano, 17. Teddi Teuma, 18. Yurge Deqabriele, 23. Jan Borq

    Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Eddi İsrafilov, 18. Filip Ozobiç, 22. Aleksey İsayev.//qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər