Xorvatiyanın Poreç şəhərində Azərbaycan cüdoçularının da qatıldığı gənclər arasında Avropa çempionatı davam edir.
LEQAL.AZ xəbər verir ki, yarışın ikinci günündə daha 5 idmançımız mübarizəyə qoşulsa da, medalçılar sırasına düşə bilməyiblər. Cüdoçularımızdan ən yaxşı nəticəni 5-ci yeri qazanmaqla Elcan Hacıyev (81 kq) göstərib.
Qeyd edək ki, turnirin birinci gününü də tatami ustalarımız medalsız başa vurublar.
Noyabrın 6-da başa çatacaq qitə çempionatına ümumilikdə 13 idmançımız qatılıb.