Gürcü hücumçu Moskva MOİK-ində oynamaqdan imtina etdi

Gürcü hücumçu Moskva MOİK-ində oynamaqdan imtina etdi
  • İdman

  • Moskvanını MOİK basketbol klubunun liderlərindən biri, gürcü hücumçu Tornike Şengelia Ukraynadakı vəziyyətə görə Rusiya klubunda oynamaqdan imtina edib.

    O, bu barədə Gürcüstanın “Commersant” portalına müsahibəsində bildirib.

    “Mən Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq bu qərarı verirəm və MOİK-də oynamağa davam etməyi mümkün hesab etmirəm”, - Şengelia deyib.

    Gürcü basketbolçunun sözlərinə görə, o, ailəsi ilə Rusiyanı tərk edərək İspaniyaya gedəcək.

    Qeyd edək ki, daha əvvəl Şengelia “Facebook” profilində Ukrayna bayrağı yerləşdirərək dəstək mesajı yayımlamışdı: “Ukrayna üçün dua edirik! Güclü qalın”.
    PAYLAŞ:

    Oxşar xəbərlər