Polşa millisi Rusiya ilə oyundan imtina etdi

Polşa millisi Rusiya ilə oyundan imtina etdi
  • İdman / Maraqlı / Dünya

  • Polşa millisi DÇ-2022-nin pley-off mərhələsində Rusiya ilə matçdan imtina edib.

    “Leqal.az” xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa özünün Tviter səhifəsində yazıb.

    O, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kəskinləşdiyi üçün bu ölkənin yığması ilə görüşmək niyyətində olmadıqlarını bildirib:

    "Bu, yeganə düzgün qərardır. FİFA-ya ortaq mövqe irəli sürmək üçün danışıqlar aparırıq". //Qafqazinfo

    Millinin kapitanı Robert Levandovski də federasiyanın mövqeyini dəstəkləyib:

    "Rusiyalı futbolçular və azarkeşlər buna görə məsuliyyət daşımırlar. Amma heç nə baş vermədiyini iddia edə bilmərik".

    Qeyd edək ki, pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də planlaşdırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər