Türkiyə Futbol Federasiyasının (TFF) intizam qurumu “Ankaragücü” komandasında çıxış edən Ovusu Kvabena ilə bağlı qərarını açıqlayıb.
Futbolçu sosial media vasitəsilə rəqib komanda oyunçusunu təhqir etdiyinə görə iki matçda iştirak hüququndan məhrum edilib.
Bununla yanaşı, idmançı 13 min lirə məbləğində cərimələnib.
Qeyd edək ki, Ovusu Kvabena müqavilə ilə “Qarabağ”a məxsusdur və hazırda icarə əsasında Türkiyənin aşağı liqasında çıxş edən “Ankaragücü”ndə oynayır.
Mənbə: fanatik.com.tr