Argentina hökuməti millinin keçmiş futbolçusu Dieqo Maradonanın anadan olduğu və həyatının ilk illərini keçirdiyi evə tarixi abidə statusu verib.
Leqal.az-ın məlumatına görə, bununla bağlı ölkə prezidenti Alberto Fernandes müvafiq fərman imzalayıb.
Veteran hücumçunun Vilya-Fiorito şəhərindəki Asamor küçəsi 523 ünvanında yerləşən evi ölkə üçün tarixi dəyərə malik olan yer elan edilib.
3 otaqdan ibarət evin qarşısında mərhum futbolçunun məşqə başladığı stadion var.
Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub.