"İdmanın insan həyatında rolu" mövzusunda onlayn seminar keçirilib

"İdmanın insan həyatında rolu" mövzusunda onlayn seminar keçirilib
  • İdman

  • Oktyabr ayının 23-ü Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə "İdmanın insan həyatında rolu" mövzusunda onlayn seminar keçirildi.

    Təlimçi, fitnes məşqçisi Xəqani Səlimov seminar zamanı idmanın insan həyatındakı rolu, günə enerjili başlamaq üçün idmanın zəruriliyi, insan sağlamlığına verdiyi töhfələr, ev şəraitində edilə biləcək idman məşqləri, çəkini artırmaq və ya azaltmaq üçün edilən idman məşqləri, diqqət yetirilməli qida rasionu və digər mövzuya aid fikirlərini,məsləhətlərini təlim iştirakçıları ilə bölüşdü.

    Təlimin gedişatında könüllülər mövzu ətrafında onları maraqlandıran sualları Xəqani bəyə ünvanlayaraq müzakirədə iştirak etdilər.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər