"Bu ideyanın tamaşaçı baxımından nə qədər faydalı olacağını deyə bilmərəm".
Leqal.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi dünya çempionatının iki ildən bir təşkilinin mümkünlüyü ilə bağlı "Extra Time" nəşrinə açıqlamasında deyib.
65 yaşlı italiyalı mütəxəssis belə bir addımın futbolçuların daha çox oyun keçirməsinə səbəb olacağını bildirib: "Oyunçu karyerası ərzində özünü necə idarə etməli olduğunu bilirsə, ömür boyu ondan sabit faydalana bilər və istirahət üçün də çox vaxt tapar. Bunun hər hansı mənfi təsirinin olmayacağını düşünmürəm"./report