“Mançester Siti”dən “Barselona”ya transfer olunan hücumçu Serxio Aquero bu axşam katalon klubunun heyətində ilk oyununa çıxa bilər
Belə ki, o, La-Liqanın 9-cu turu çərçivəsində komandasının “Valensiya”ya qarşı keçirəcəyi oyunda heyətə daxil edilib.
Qeyd edək ki, argentinalı hələ bir dəfə də olsun “Barsa”nın rəsmi oyununda iştirak etməyib. Sonuncu dəfə o, iyulun 4-də Amerika Kubokunda Ekvadorla Argentinanın qarşılaşmasında meydanda olub. Avqustda isə futbolçu dizini zədələyib.
Mənbə: Sports.ru