Rejissor Samir Qulamovun övladı turnirin qalibi oldu

Rejissor Samir Qulamovun övladı turnirin qalibi oldu
  • İdman

  • Qarabağ İdman Kulubunun təşkilatçlığı ilə şəhid geniral - mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş uşaqlar arasında cüdo üzrə turnir keçirilib. 

    LEQAL.AZ-ın məlumatına görə, klubun yeniyetmələr arasında azyaşlılardan biri də tanınmış rejissor Samir Qulamovun övladı Muhəmməddir. 

    Belə ki, Muhəmməd yarışda ilk medalını qazanıb.

    Bu balaca yeniyetmə cəmi iki ay məşq etməsinə baxmayaraq özündən üç yaş böyük rəqibiləri arasında yaxşı nəticə göstərib. 

    Elə balaca Muhəmmədin dayısı Emin Əhmədov da peşəkar idmançı, tanınmış Olimpiya üçüncüsüdür.

    Qeyd edək ki, Muhəmməd və Əli qardaşlarının şəxsi məşqçisi cüdo və sambo üzrə dünya və Avropa çempionatlarının qalibi,  “Judo Club 2012”nin baş məşqçisi Zaur Paşayevdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər