Bakıda 41 yaşlı kişini avtomobil vurdu, vəziyyəti ağırdır

Bakıda 41 yaşlı kişini avtomobil vurdu, vəziyyəti ağırdır
  • Hadisə

  • Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    LEQAL.AZ-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Belə ki, Sulutəpə qəsəbəsində yolu keçən 1981-ci il təvəllüdlü, İbrahimov Xəyyam Bəhlul oğlunu yüksək sürətlə hərəkət edən minik avtomobili vurub. Hadisə yerində ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Müayinə zamanı ona qapalı-kəllə beyin travması, baş-beyin silkələnməsi və bədənin müştərək travması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

    Hadisənin təfərrüatı araşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər