Yasamal rayonunda gənc qızı avtomobil vurdu

Yasamal rayonunda gənc qızı avtomobil vurdu
  • Hadisə

  • Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    LEQAL.AZ report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bəhramova Albina Ruslan qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əzikləri diaqnozları qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər