Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Odlar Yurdu Universitetinin qarşısında yolu keçən 2001-ci il təvəllüdlü Əliyeva Sumrun Ramiz qızını avtomobil vurub.
Ağır xəsarətlər alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona qapalı-kəllə beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Qeyd edək ki, sürücü hadisə yerindən qaçıb.
Hadisənin təfərrüatı araşdırılır. (report)