Abşeronda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət aldı

Abşeronda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət aldı
  • Hadisə

  • Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    LEQAL.AZ xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

    Yolu keçən 1984-cü il təvəllüdlü Hüseynova Nigar Böyükxan qızını minik avtomobili vurub. Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.(portre)

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər