Gəncə şəhər Baş Polis İdarəsinin Nizam Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan LEQAL.AZ-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 35 yaşlı Elşad İbrahimov mayın 21-də şəhər ərazisində vətəndaşa məxsus fərdi yaşayış evindən ümumilikdə 10140 manat dəyərində müxtəlif qızıl-zinət və məişət əşyalarını oğurlayıb.
E.İbrahimov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.