Göyçay rayon sakini özünü öldürüb.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, bu gün səhər saat 6:00 radələrində rayonun Bığır kənd sakini, 1970-ci il təvəllüdlü Zeynalov Aqil Sırac oğlu yaşadığı evin həyətindəki alça ağacından özünü kəndirlə asaraq intihar edib.
Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas edə bilməyiblər. Üç uşaq atası Aqil Zeynalovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.