Gənclər və idman naziri Azad Rəhimov vəfat etdi

Gənclər və idman naziri Azad Rəhimov vəfat etdi
  • Hadisə

  • Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov dünyasını dəyişib.

    LEQAL.AZ baku.ws istinadən xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib.

    Qeyd edək ki, o, 1964-cü ildə Bakı şəhərində doğulmuşdu.

    Azərbaycan Respublikası Prezidentinin № 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib.

    Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif edilib.

    Mərhumun bir övladı var.

    Allah rəhmət eləsin!

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər