Qadını çılpaq şəkillərini yayacağı ilə hədələdilər, işə polis qarışdı

Qadını çılpaq şəkillərini yayacağı ilə hədələdilər, işə polis qarışdı
  • Hadisə

  • Qadını sosial şəbəkədə şəkillərini yayacağı adı ilə hədələyərək görüş tələb edən Bakı şəhər sakini saxlanılıb.

    Daxili İşlər NazirliyindənLEQAL.AZ-verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb etməsini bildirib.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər