Rusiya paytaxtında avtobus qəzası baş verib. Belə ki, sərnişinlə dolu avtobus işıq dirəyinə çırpılıb.
Bu barədə 360 TV xəbər yayıb.
Hadisə nəticəsində 10 nəfər yaralanıb. Kabinədə sıxışan sürücü baş və ayaq zədəsi alıb, digərləri yüngül yaralanıblar.
İlkin məlumatlara görə, sürücü sükan arxasında olarkən infarkt keçirib.
“Qəzanın səbəbi bu ola bilər”, - deyə Moskvanın nəqliyyat departamentindən bildirilib.