Neftçalada avtomobil piyadanı vuraraq öldürdü

Neftçalada avtomobil piyadanı vuraraq öldürdü
  • Hadisə

  • Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    report-un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Qaramanlı kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, rayonun Qədimkənd kənd sakini Əsədov Natiq Saleh oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Qaramanlı kənd sakini, piyada 1983-cü iltəvəllüdlü Əhədov Rüstəm Rahil oğlunu vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər