İmişlidə ölümlə nəticələnən ağır yol qəzası baş verib - FOTO

İmişlidə ölümlə nəticələnən ağır yol qəzası baş verib - FOTO
  • Hadisə

  • İmişlidə baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

    LEQAL.AZ xəbər verir ki, qəza gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 103-cü kilometrliyində, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən keçən hissəsində qeydə alınıb. İmişli rayon Çaxırlı kənd sakini Abbasov Dəyanət Allahverdi oğlunun idarə etdiyi “VAZ-2106 markalı avtomobillə Beyləqan rayon sakini Mehdiyev Rauf Binnət oğlunun sükan arxasında olduğu “VAZ-2107” markalı maşın toqquşub. Qəza nəticəsində “VAZ-2106”da olan sərnişin, Cəbrayıl rayon sakini Vəliyev Tahir Cavad oğlu ölüb. Bundan başqa, hər iki sürücü və “VAZ 2107”də olan sərnişin Məmmədov Eldar Zakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər