Bakıda və Abşeronda karantin qaydalarını pozan koronavirus xəstələri məsuliyyətə cəlb olunub FOTO

Bakıda və Abşeronda karantin qaydalarını pozan koronavirus xəstələri məsuliyyətə cəlb olunub  FOTO
  • Cəmiyyət

  • Yaşayış yerini qanunsuz tərk edərək COVID-19 virusunun daha geniş yayılmasına şərait yaradan aktiv koronavirus daşıyıcılarına qarşı profilaktik tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, paytaxtın Xətai rayonunda yaşayan Ceyhun Səmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ona ev şəraitində müalicəyə cəlb olunub. Evdə özünü təcrid etməli olan həmin şəxs sanitar-karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxdığı üçün Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və evə qaytarılıb.

    Analoji tədbirlər Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib. Bu tədbirlər zamanı koronavirus xəstələri olan paytaxt sakini Ruslan Əliyev və Saray qəsəbəsində yaşayan Fərhad Məmmədov yaşadıqları evləri tərk etdikləri üçün rayon polis idarəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediliblər. Bu şəxslərə evdə müalicə təyin edilib və onlara yaşadıqları yeri tərk etmək qadağan olunub.

    Hər üç şəxs barəsində Abşeron və Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

    Bir daha evdə məcburi müalicəyə cəlb olunan aktiv koronavirus xəstələrindən sanitar-karantin qaydalarına əməl edərək müalicə müddəti bitənədək mənzillərini tərk etməmək tələb olunur. Əks təqdirdə həmin şəxslər polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediləcəklər.

    PAYLAŞ:

    Oxşar xəbərlər