Biləsuvarda mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var - YENİLƏNİB

Biləsuvarda mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var - YENİLƏNİB
  • Hadisə

  • Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alanlardan dördünün kimliyi məlum olub.

    report-un Muğan bürosunun məlumatına görə, bunlar Astara rayon sakinləri - 1981-ci il təvəllüdlü Süleymanov Natiq Baloğlan oğlu, 2005-ci il təvəllüdlü Rəqsanə Süleymanlı, 1982-ci il təvəllüdlü Qəhrəmanova Əsmər Akif qızı və Masallı rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğludur.

    Ölən və digər yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

    08:57
    Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

    report-un Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında yeni Ələt-Astara avtomobil yolunda qeydə alınıb. Belə ki, mikroavtobusun yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

    Yaralılardan 4-ü Biləsuvar, 2-si isə Cəlilabad xəstəxanalarına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər