Sumqayıtda qatar avtobusla toqquşdu: Bələdçinin başı bədənindən ayrıldı

Sumqayıtda qatar avtobusla toqquşdu: Bələdçinin başı bədənindən ayrıldı
  • Hadisə

  • Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. 

    LEQAL.AZ oxu.az-a istinadə xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində olub. 

    Qəsəbənin girişindən keçən dəmiryolda yük qatarı ilə avtobus toqquşub. Hadisə nəticəsində orada çalışan bələdçi, 1972-ci il təvəllüdlü Abdullayev Murtuz Aleksandroviç faciəvi şəkildə ölüb. Onun başı bədənindən ayrılıb.

    Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. 

    Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər