Xəzər rayonunda 11 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan şəxs yaxalanıb

Xəzər rayonunda 11 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan şəxs yaxalanıb
  • Hadisə

  • Bakıda oğurluqla məşğul olan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki on bir evdən ümumilikdə 11 min 170 manat məbləğində pul, 470 ABŞ dolları, 19 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Tağıyev saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər