Nəsimi rayonunda doğranmış naməlum qadın cəsədi hissələrinin aşkarlanması faktı ilə bağlı cinayət işi başlanıb

Nəsimi rayonunda doğranmış naməlum qadın cəsədi hissələrinin aşkarlanması faktı ilə bağlı cinayət işi başlanıb
  • Hadisə

  • Yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonundakı 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında dörd ədəd kisədə və bir ədəd sellofan torbada doğranmış vəziyyətdə naməlum qadın cəsədinin hissələrinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Nəsimi Rayon Prokurorluğunun LEQAL.AZ-a daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən zərərçəkmişin şəxsiyyətinin müəyyənləşdirilməsi, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb olunması istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər