Həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub
  • Hadisə

  • Dekabrın 23-də saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Məmmədova İlkanə Nofəl qızının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Sabunçu Rayon Prokurorluğunun LEQAL.AZ-a daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1993-cü il təvəllüdlü Kərimov Elşad Şirzad oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla İlkanə Məmmədovaya xəsarət yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Elşad Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər